Nəqliyyat üzrə koordinator

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 19.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nəqliyyat üzrə koordinator

Yaş həddi: 35 - 45
Əmək haqqı: başlanğıc 800 azn NET

Namizədə tələblər

• Təhsil - Ali
• 3 ilə yaxın iş təcrübəsi
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
• İstehsalat sahəsində istifadə olunan texniki maşın və avadanlıqların bazarı ilə yaxından tanışlıq
• Ciddi, məsuliyyətli və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. Kollektivlə işləmə bacarığı
• Təşəbüskarlıq, dəqiqlik, dürüstlük və məntiqi düşünmə bacarığı

İş barəsində:

• Maşın, qurğu, avadanlıq və mexanizmlərin tapşırıqlar əsasında xarab olan yerlərini, hissələrini dəqiqləşdirmək, prosesə texniki nəzarəti həyata keçirmək, işlək vəziyyətdə olub olmamasını yoxlamaq və təstiq etmək
• Maşın, qurğu, avadanlıq və mexanizmlərin xarab olan hissələrin axtarışını, alınmasını həyata keçirmək və təmin etmək
• İcarədarlar tərəfindən verilmiş texnikanın saz və tam yararlı vəziyyətdə olmasını yoxlamaq.
• Yük vuran nəqliyyat vasitələrinin təmir olunması və texniki baxışdan keçirilməsi ilə bağlı qrafikin tərtib edilməsi
• Nasazlıqların yaranma səbəblərini, həmçinin texniki nasazlıqlar üzündən baş vermiş qəzaların və yol-yük vuran nəqliyyat hadisələrinin yaranma səbəblərini təhlil etmək və aktlar tərtib etmək
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Zəhmət olmasa şəkilli cv-lərinizi mövzu yerində “Nəqliyyat üzrə koordinator” qeyd etməklə [email protected] email ünvanına (yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlər) göndərəsiniz.