HR mütəxəssis

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 17.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HR mütəxəssis

İş öhdəliyi

• Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;.
• İşçilərin şəxsi işlərin formalaşdırılması;
• Əmək kitabçalarına qeydiyyatın aparılması;
• Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
• Kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək;
• Məzuniyyət qrafikasının hazırlanması və ona uyğun əmrlərin yazılması
• Ezamiyyə əmrləri və vərəqəsi, ödənişsiz məzuniyyət əmrləri, xəstəlik haqqında əmrlər və xəstəlik vərəqəsinin, eləcə də təhsil məzuniyyəti əmrlərinin yazılması
• İşçilərin vəzifə təlimatlarının hazırlanması
• İşə yeni alınan işçilərin və ya işdən azad olunan işçilərin ƏƏSM Nazirliyinin Elektron Sisteminə daxil edilməsini düzgün və vaxtında icra etmək
• Bütün sənədlərin düzgün arxivləşdirilməsi
• Vəzifədən irəli gələn digər öhdəliklərin vaxtında və düzgün yerinə yetirilməsi

Tələblər

Ali təhsil
İş təcrübəsi 3 il
Kompüter bacarıqları: MS Office proqramları – Yüksək, Digər Windows dəstəkli proqramlar - Orta
Azərbaycan dili -əla, İngilis və Rus dilləri-orta

Şəxsi keyfiyyətlər

- Punktual
- Məsuliyyətli
- Dəqiq və diqqətcil
- Yüksək praktiki intellekt

Qeyd

Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Telefon xərcləri şirkət tərəfindən qarşılanır, Tibbi sığorta
Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “HR mütəxəssis” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər

İşəgötürənin reytinqi