Dövrümüzün trendlərindən birinə çevrilən ailəvi istirahət və uşaq əyləncə sektoru Azərbaycanda gündən-günə inkişaf edir. Hədəf kütləsi əsasən gələcək nəslimiz olan uşaqlar olduğundan, bu sektor daim innovativ yeniliklər tələb edir.
Ölkəmizdə uğurla fəaliyyət göstərən Caspian Entertainment Company şirkəti Pasha Holding tərəfindən 2018-ci ildə yaradılaraq tədris və əyləncə məkanlarının ölkəmizə gətirilməsi və idarə edilməsi ilə məşğuldur.
Şirkətin uğurlu layihələri kimi Bumblebee Play / Preschool və Montessori Məktəbi, Amburan Kids uşaq əyləncə mərkəzi, Karting və Bakı bulvarındakı Dəniz Mall-da yerləşən və Qafqazda ilk dəfə yaradılan uşaqlar üçün əyləncə və innovativ tədris parkını nümunə göstərmək olar.
Caspian Entertainment Company şirkəti mövcud və qarşıdan gələn layihələrin uğurla aparılması üçün işçi heyətinə qoşulmaq istəyən bütün ali təhsil müəssələrinin tələbə və məzunları, uşaqlarla işləməyi sevən, yaradıcı və bacarıqlı gəncləri iş müraciətinə dəvət edir.
Vəzifə: Xəzinə işləri üzrə kordinator
İş öhdəlikləri:
- Tətbiq olunmuş endirimlər, promosyonlar, nəzakət (xeyirxahlıq) keçidləri və satış öncəsi hesabatlara uyğun gələn nağd pul məbləğinin sistem məlumatı ilə müqayisəli şəkildə hesabatını aparmaq
- Nağd pulu icra edilməsi, qeydiyyatının aparılması və hər növbədə kindi paylanması
- Nağd pul və kindi supervayzerləri tərəfindən aparılan fəaliyyətlərə və hesabatlara nəzarət etmə (birka hesabatları və korrelasiya, nağd pul və kindi yığılması və hesabatların hazırlanması, yekun birkaların dəyişdirilməsi və s.)
- Təchizatları və istehlak materiallarını planlamaq və sorğu göndərmək (kindi və ofis təchizatları)
- Hər növbə üçün nağd qazancları hesablamaq, sənədləşdirmək və mərkəzi kassada yığılmış nağd pul depozit çekini təhvil vermək
- Satış öncəsi və depozit bilet çapı (avtorizasiya prosesindən sonra sorğuya əsasən)
Tələblər:
- Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum bakalavr təhsili
- Mühasibat uçotunun əsasları biliyi
- Nağd pulla işin idarə edilməsi bacarığı
- Yüksək səviyyədə excel proqram biliyi və proqramda çevik işləmə bacarığı
- Orta səviyyəli ingilis və rus dili
Email – [email protected]