Merçendayzer

  • Smarton MMC
  • Elanın qoyulma tarixi: 11.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Smarton MMC

Vəzifə: Merçendayzer

Vəzifə öhdəlikləri:

- Marketinq qaydalarına uyğun olaraq elektronika məhsullarının düzgün düzülüşünü təmin etmək;
- Məhsulun keyfiyyətinə nəzarət edərək qablaşdırmanın bütövlüyünü yoxlamaq;
- Mövcud rəfləri aktiv reklam məhsulları ilə təmin etmək;
- Diler şəbəkələrini ziyarət etmək;
- Satış heyətini məhsul yenilikləri haqqında təlimatlandırmaq;
- Məhsul ehtiyatını nəzarətdə saxlamaq. 

Tələblər:

- Merçendayzer, supervayzer sahəsində təcrübə
- İqtisadiyyat və ya marketinq sahəsində təhsil;
- Ofis proqramlarının elementar bilikləri;
- Azərbaycan dilində səlis danışmaq və fikrini düzgün formada ifadə etmək qabiliyyəti;
- Tələbkarlıq;
- Şəxsi avtomobil (yanacaq xərci qarşılanır)

Əmək haqqı və iş şərtləri:

Əmək haqqı 600 manat (xalis əmək haqqı).
İş qrafiki həftədə 5 gün olmaqla 1-5 günlər 10:00-19:00
Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə, illik əmək məzuniyyəti, icbari sığortalanma, yanacaq xərci, şirkətdaxili və xarici təlimlər, rahat ofis şəraiti və yerləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Merçendayzer" qeyd olunması xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq.
Növbəti mərhələdə yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.