Texnoloq (Şirniyyat sexi)

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 07.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Texnoloq (Şirniyyat sexi)

Tələblər

- İş təcrübəsi 5 ildən artıq
- Sahə üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri
- Kompyuter proqramlarını bilməsi (Microsoft Office).

İş barədə məlumat

- Şiriniyyat evinə çörək və un məmulatları üzrə təcrübəli texnoloq tələb olunur
- Çörək və qənnadı istehsalında qida mühəndisliyi sahəsində staji olmalı
- İstehsalın texnoloji planlaşdırılması və təşkilinə aid rəhbər sənədləri bilməli
- Müəssisənin daxili qaydalarını, müəssisənin istehsal gücünü , müəssisənin struktur xüsusiyyətlərini, xammal və hazır məhsula olan tələbləri bilməlidi
- İstehsalın effektivliyinin artırılması
- Yeni növ məhsulların mənimsənilməsində eksperimentlərin aparılması
- Müəssisəyə daxil olan xammalın keyfiyyətinə nəzarət
- Hazır məhsula,onun qablaşdırılması keyfiyyətinə nəzarət
- Çörək və şirniyyatın yeni növlərinin bişirilməsi və hazırlanması texnologiyalarını bilməli

Təminatlar:

- Nahar ilə təmin edilir.
- Əmək haqqı namizədlə müsahibədə razılaşdırılacaq.

Vakansiyaya müraciət üçün CV-ləri “Texnoloq (Şirniyyat sexi)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.