İcraçı direktor

İşin təsviri

Şərab müəssisəsinə icraçı direktor

Tələblər:

- Ali təhsil;
- Qida və kənd təsərrüfatı sahəsində 5 il istehsal və satış təcrübəsi
- Yaş həddi: 30 – 50
- Rus və ingilis dilləri bilənə üstünlük verilir
- Analitik bacarıqlar, həmçinin problemlərin tanınması və həll etmə bacarıqları.
- Yüksək təşkilatçılıq bacarıqları, iş prioritetlərinin müəyyənləşdirilməsi və tapşırıqların dəqiq həvalə edilməsi;
- Məsuliyyət, dəqiqlik, operativlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Vəzifə öhdəlikləri:

- Bazarı tədqiq etməklə yanaşı gələcək tendensiyaları proqnozlaşdırmaq;
- Məhsul və xidmətlərin bazar tələblərinə cavab verməsini təmin etmək;
- Məhsul brendinin etibarlılığını təmin etmək məqsədi ilə strategiyaların hazırlanması
- Marketinq strategiyasının, illik büdcənin və tədbirlərin planının müəyyən edilməsi və marketinq tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi;
- Rəqabət bazarının, şirkətin mövcud məhsul və xidmətlərinin, müştəri ehtiyaclarının təhlil edilməsi və yeni məhsulların yaradılması;
- Topdan və pərakəndə satışının təşkili;
- Müəssisənin işinin planlaşdırılması, hədəflərin müəyyən edilməsi;
- Mövcud prosesləri sənədləşdirmək və təhlil etmək, yaranmış problemləri müəyyənləşdirmək və onların həlli üçün müvafiq tövsiyələr vermək;
- Şirkət imicini formalaşdırmaq üçün müştərilər və digər şəxslər ilə əməkdaşlığın aparılması.

E - mail : [email protected]