İstehlak Kredit Riskləri üzrə şöbə Müdiri

  • Bank
  • Elanın qoyulma tarixi: 05.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İstehlak Kredit Riskləri üzrə şöbə Müdiri

Vəzifə öhdəlikləri:

-          Kredit müraciətlərini analiz edib bankın daxili qaydalarına, AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına uyğun rəy bildirmək;
-          Müxtəlif səviyyəlli kredit komitələrində iştirak etmək;
-          Restrukturizasiya müraciətlərinə rəy bildirmək;
-          Şöbənin işçilərinin idarə edilməsini təmin etmək, əməkdaşların və kredit satış şöbəsinin əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi;
-          Bankın satdığı məhsullarda risk yaradan parametrlərin aşkarlanması;
-          Kredit portfelinin analizi və hesabatların hazırlanması;
-          Kredit portfelinin keyfiyyətinin yüksəldilməsi və proseslərin optimallaşdırlması üçün təkliflər vermək
-          Bankın digər struktur bölmələri ilə iş prosesində normal əlaqələrin qurulmasında iştirak

Tələblər:

-          Oxşar sahədə ən azı 3 il iş təcrübəsi;
-          Rus və ya ingilis dili biliyi;
-          Hesabatçılıq və menecerlik bacarığı;
-          Təqdimat hazırlayıb və təqdim etmə bacarığı
-          Yüksək səviyyədə Excel biliyi

Interested Candidates please send your CV to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.