“IMAS” MMC işıqkeçirən, alümin və fasad konstruksiyaların işlənib hazırlanması, layihələndirilməsi, montajı üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir.
“IMAS” MMC 1995-ci ildə təsis edilib. Bu gün şirkət və onun törəmə müəssisələri Azərbaycan Respublikasında, Rusiya Federasiyasının bütün regionlarında və İran İslam Respublikasında fəaliyyət göstərir.
İnsan Resursları üzrə Menecer
Vəzifə öhdəlikləri:
- Şirkətin İR heyətinin qurulması və idarə olunması, bütün İR əməliyyatları ilə bağlı məsuliyyət daşıyır
- Müxtəlif şöbələrlə məsləhətçi rolunda sıx əməkdaşlıq edərək, şirkətin siyasət və prosedurlarını həyata keçirilməsində xətti menecerlərə kömək etmək;
- Departament rəhbərləri ilə müzakirə edərək şirkətin uzunmüddətli işçi planlamasının hazırlanması;
- İnsan Resursları Departamentinin Büdcəsinin hazırlanması və idarə olunması
- Məhsuldarlığı və işçi məmnuniyyətini artırmaq üçün strateji dəyişikliklərin həyata keçirilməsinə köməklik edilməsi;
- Təlim proqramlarını həyata keçirmək və nəzarət etmək üçün təlim ehtiyaclarını dəyərləndirilməsi
- İşçilərlə əlaqəli məlumatların (maaş cədvəli, şəxsi məlumatlar, xitam, işçi dövriyyəsi) uçotunun aparılmasına, sənəd və elektron baza şəklində saxlanmasına nəzarət;
- Şirkətin işçiləri üçün insan resursları siyasətinin və prosedurlarının inkişaf etdirilməsi və idarə olunması
Vəzifəyə olan tələblər:
- Biznesin idarə edilməsi, MBA, İnsan resursları və ya əlaqədar sahədə bakalavr təhsili
- Əlaqədar sahədə 5 ildən çox iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyi və digər normativ aktlar haqqında biliklər;
- Azərbaycan dili ana dili səviyyəsində, Rus Dili yüksək səviyyədə , İngilis dili yaxşı səviyyədə olması üstünülük hesab olunacaqdır
- Yüksək səviyyədə ünsiyyət
- Aktiv dinləmə, danışıq aparmaq və təqdimat etmək bacarıqları;
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.