Daxili Nəzarət üzrə baş mütəxəssis
MKT-İK MMC (Pambıq müəssisəsi) Daxili Nəzarət üzrə baş mütəxəssis vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
Regionlarda yerləşən müəssisələrdə daxili nəzarətin həyata keçirilməsi;
Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
Daxili tədqiqatların aparılması: Qanun pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
Baş verən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər irəli sürülməsi;
Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir.
Tələblər
• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
• Rus və ingilis dilləri arzu olunandır.;
• Microsoft Office və digər proqramlar;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;
İş qrafiki: 5 günlük, 09:30-18:30
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Nəzarət üzrə baş mütəxəssis” yazmaqla müraciət edilir.