Partnyorlarla iş üzrə mütəxəssis

  • Knexel
  • Elanın qoyulma tarixi: 25.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Partnyorlarla iş üzrə mütəxəssis

Ümumi vəzifə öhdəlikləri:

• Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
• Partnyorluq danışıqlarının aparılması və xidmətlərin təqdimatı;
• Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
• Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
• Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla); İngilis dili (arzu olunandır)
• MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
• Təcrübə: müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu olaraq “Partnyorlarla iş üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Knexel tərəfindən digər vakansiyalar