SƏTƏM üzrə mütəxəssis

  • ANC Group
  • Elanın qoyulma tarixi: 24.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SƏTƏM üzrə mütəxəssis

Vəzifə və öhdəliklər:

- Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi işinin təşkil edilməsi;
- İşə yeni qəbul edilmiş, bir vəzifədən başqa vəzifəyə keçirilmiş işçilər ilə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə ilkin təlimatlandırmanı, eyni zamanda mövcud işçilər ilə təkrar, plandan kənar və cari təlimatlandırmaları təşkil etmək;
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunu təmin etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
- İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələri təyin etmək, risklərin qiymətləndirilməsi, zəruri tədbirlərinin alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
- Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət etmək.

Namizədə olan tələblər:

- Texniki sahə üzrə ali təhsil;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri bilmək;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yaş: 25- 40.

6 günlük iş rejimi (I-V günlər tam iş günü, VI gün yarım iş günü);
Şirkət hesabına nahar;
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.