ANC Group


Şirkət öz əməkdaşlarının maddi və sosial vəziyyətinin, iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır. Şirkətin əsas amallarından biri də ticarətdə milli və insani dəyərlərə önəm vermək və Azərbaycan xalqına halal məhsullar təklif etməkdir. Şirkətin missiyası millətin sağlam gələcəyinin maddi və mənəvi rifahını şəxsi kommersiya maraqlarından üstün tutaraq irqi, dini, milli mənsubiyyətindən, cinsindən və yaşından asılı olmayaraq əhalinin istənilən təbəqəsindən olan alıcılar üçün əlçatan bir marketlər zəncirini yaratmaqdır. Ölkəmizdə gedən sürətli iqtisadi inkişaf və dövlətin birbaşa sahibkarlıq subyektlərinə dəstəyi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli və münbit şərait yaratmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?