Əmək haqqı üzrə Mühasib

  • ANC Group
  • Elanın qoyulma tarixi: 15.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı üzrə Mühasib

Vəzifə və öhdəliklər:

- Şirkətin işçilərinin aylıq əmək haqqının hesablanması;
- Son haqq-hesab, əmək, sosial, təhsil, ödənişsiz məzuniyyətlərin və xəstəlik vərəqələrinin hesablanması;
- Əmək haqqı üzrə tələb olunan korporativ hesabatların və digər zəruri daxili hesabatların hazırlanaraq aidiyəti üzrə təqdim edilməsi;
- Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

- İqtisadiyyat, biznesin idarəolunması və maliyyə, mühasibatlıq sahələri üzrə ali təhsil;
- MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- 1C (8.3) proqramında sərbəst işləmək bacarığı;
- Yaş: 25-35.

- 6 günlük iş rejimi (I-V günlər tam iş günü, VI gün yarım iş günü);
- Şirkət hesabına nahar;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı üzrə mühasib” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.