Təchizat üzrə menecer

İşin təsviri

Şirkət: Industrial Business MMC

Vəzifə: Təchizat üzrə menecer

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Offis 78

Vəzifə təlimatı:

- Sifarişlərin qəbulu, çeşidlənməsi, təhlili, şirkətin təchizat mütəxəssislərinə tapşırılması;
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
- ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat proseslərinin təşkil edilməsi.

Tələblər:

- Ali təhsilli
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Kompyuter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Şərtlər:

- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Mobil rabitə
- Əmək haqqı razılaşma əsasında
- Müsahibə CV əsasında aparılacaq

Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə menecer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.