Purchase of İT equipment

İşin təsviri

Tender iştirakçılarına

Kimdən: GIZ Bakı Ofisi
Layihənin nömrəsi: 17.4061.2-003.00
Layihənin adı: Qafqazdakı Məcburi Köçkünlərin (MK) İqtisadiyyatda İştirakı layihəsi
Ölkə: Azərbaycan

Hörmətli tender iştirakçısı,

GİZ Bakı ofisi EPİC layihəsi çərçivəsində İT (İnformasiya Texnologiyaları), avadanlıqlarının alınması üzrə tender elan edir. Alınacaq malların siyahısı və spesifikasiyaları Əlavə 1 –də təqdim edilir.

Nəzərinizə alın ki, 100% ödəmə malın çatdırılmasından dərhal sonra həyata keçirilir. Malın çatdırılması 06.12.2019-cu il tarixinə arzu olunur. Bununla əlaqıdar xahiş edirik, qiymət təklifinizdə artıq anbarda mövcud olan avadanlıqlarin qiymətini qeyd edəsiniz.

Avadanlıqların çatdırılma və quraşdırma ünvanı: Rəsul Rza 75, Winter Park Plaza, ofis 202- dir.

Sizdən, 29.11.2019-cu il tarixi saat 12:00-dək qiymət təkliflərinizi qapalı zərfdə Rəsul Rza 75, Winter Park Plaza, ofis 202 ünvanina təqdim etməyinizi xahiş edirik.

Suallarınız olduğu təqdirdə [email protected] electron poçt vasitəsi ilə əlaqə yarada bilərsiniz.

Əlavələr

Annex 1 List of necessary equipment.doc )

Səbinə Hacıyeva

Müqavilələr və alqı-satqı üzrə məsul şəxs

Hörmətlə,