Marketinq üzrə menecer

İşin təsviri

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Marketinq üzrə menecer

Tələblər:

• Müvafiq sahədə iş təcrübəsi (minimum 2 il)
*Mebel və elektronika, mobil telefonlar üzrə təcrübənin olması üstünlükdür.
• Azərbaycan dilini səlis bilməlidir. Rus və ingilis dilini bilmək üstünlükdür..
• Microsoft Office proqramları (MS Word, Excel)

Əsas vəzifələr:

- Mağazaların dizaynının yenilənməsi prosesinə nəzarət etmək;
- Mağaza marketinq baxımından ehtiyaclarının təsbit olunması və təqibi;
- ADRA hesabatlarının hazırlanması və təqibi;
- Merçendayzerlərlə iş və reklam hesabatlarının hazırlanması;
- Xəbər mətnlərinin yazılması;
- Mağazalarda canlı yayımda sualların cavablandırılması;
- Mətbuatla əlaqələrin qurulması.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketinq üzrə menecer” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.12.2019

İşəgötürənin reytinqi