Logistika operatoru

  • Green Tech
  • Elanın qoyulma tarixi: 17.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Logistika operatoru” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

• Logistika müdirinin göstərişlərinin yerinə yetirilməsi;
• Logistikaya aid sənədlərin yığılması;
• Gömrükləşdirmə məsələlərinin təşkili;
• Maşınların yol vərəqələrinə, yük daşıma səndələrinə nəzarətin təşkili;

Tələblər:

• Dil bilikləri: Rus dili (əla); İngilis dili (üstünlükdür);
• Təhsil: Ali təhsil (İqtisadiyyat üzrə);
• Kompüter bilikləri: MS Office, Outlook;
• Cinsi: Qadın;
• Yaş həddi: 20-35;

Şirkətin faktiki ünvanı Binə qəsəbəsində yerləşir, gediş-gəliş üçün şirkət maşını xidmət göstərir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Logistika operatoru” şəklində göstərməyiniz xahiş olunur.