Qrafik dizayner

  • Modas Agency
  • Elanın qoyulma tarixi: 13.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Modas Agency Qrafik Dizayn, Rəqəmsal Marketinq, Brendinq və Reklam xidmətlər kimi bir çox sahədə yüksək ixtisaslı kadrlarla xidmət göstərir.

Biz şirkətlərin sosial şəbəkələrini aparırıq, veb saytlar hazırlayırıq. Müştərinin problemlərini effektiv şəkildə həll etmək üçün bütün rəqəmsal vasitələri birləşdiririk.

Vəzifə: Qrafik dizayner

Məşğulluq: Tam

İş şəraiti:

• İş saatı: 09-00-dan 18-00-dək;
• İstirahət: Şənbə,Bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə

Faydalar:

• 5 günlük iş rejimi
• İldə 21 təqvim günündən az olmayaraq məzuniyyət günləri

Tələb olunan:

• Adobe (Illustrator, Photoshop, InDesign)
• Microsoft Office
• Qrafik dizayn sahəsində minimum 2 il iş stajı
• RGB və CMYK arasında fərqini anlamaq
• Faylları çapa hazırlamaq bacarığı
• Diqqətli olmaq
• Hər zaman yeniliyi öyrəmək istəyi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini və portfoliosunu 15.12.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qrafik dizayner” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə namizədliyə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla (sınaq müddəti ərzində müəyyən olunan müvafiq məbləğ) işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

Modas Agency tərəfindən digər vakansiyalar