Mühasib

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 11.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

İş öhdəliyi

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək.
• Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək.
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək.
• Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq.
• İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlamaq.
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək.
• Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək.
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
• Bu vəzifə təlimatı prosedurların və öhdəliklərin tamlığını özündə ehtiva etmir və Şirkətin vəzifə sahibindən peşə məsuliyyətlərini və öhdəlikləri ilə əlaqədar əsas gözləntilərini və tələblərini müəyyən edir. Vəzifə sahibinə Direktor tərəfindən uyğun və məcburi hesab edilən digər əlavə tapşırıq və göstərişlər vaxtaşırı həvalə oluna bilər.

Tələblər

Ali təhsil
İş təcrübəsi 3 il
Kompüter bacarıqları: MS Office proqramları – Yüksək, Digər Windows dəstəkli proqramlar - Orta
Azərbaycan dili -əla, İngilis və Rus dilləri-orta

- ACCA F3 sertifikatının olması üstünlükdür

Şəxsi keyfiyyətlər

- Punktual
- Məsuliyyətli
- Dəqiq və diqqətcil
- Yüksək praktiki intellekt

Qeyd

Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Telefon xərcləri şirkət tərəfindən qarşılanır.
Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər

İşəgötürənin reytinqi