Software developer (Backend)

  • Datum
  • Elanın qoyulma tarixi: 07.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Software developer (Backend)

Vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
• Proqram təminatında yaranan xətaların aradan qaldırılması
• Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
• Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması və s.

Əsas tələblər:

• Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində bakalavr dərəcəsi)
• Eyni vəzifədə ən azı 2 (iki) il iş təcrubəsi
• Alqoritmləşdirmə bacarığı
• Proqramlaşdırma dilləri: Java
• Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): Oracle
• Application Serverlər: Apache Tomcat, JBoss
• Texnologiyalar: J2EE, HTML, Java Script, JSP, JSTL, Java Servlet, Hibernate, Java Web Start, PL/SQL, XML, XSL, XSLFO, Axis, JAX-WS, JAX-RS, Keytool
• Əməliyyat sistemləri: Windows, Linux
• Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
• Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
• Məsuliyyətlilik, stressə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, fasiləsiz öyrənməyə meylilik

İş şəraiti:

• İş qrafiki: Bazar ertəsi – Cümə, saat 9:00 - 18:00 (8 saatlıq iş günü, 5 günlük iş həftəsi)
• Premiya və bonus sistemi
• Əmək haqqı – Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Software developer (Backend)” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər