Altair Technologies MMC – Xüsusi çap məhsullarının satışı üzrə mütəxəssis
Altair şirkəti barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
www.altair.az və ya https://www.facebook.com/Altair.Print/
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Bazar analizi
o İstehsal məhsul etiketlərinin bazarının araşdırılması,
o Məhsulların tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
o Rəqiblərin analizi,
• Satışın həyata keçirilməsi
Potensial müştərilərlə görüşlər, ziyarətlər, müzakirələr,
o Potensial müştərilərə təkliflərin göndərilməsi,
o Çeşidə daxil olan etiketlərin satışı,
• Marketinq aksiyalarının planlaşdırılması və həyata keçirilməsində iştirak,
• Müvafiq Facebook səhifəsində sorğu və şərhlərin cavablandırılması,
• Lokal və beynəlxalq sərgilərin ziyarət olunması və ezamiyyətlər,
• Şirkət daxilində müvafiq kateqoriya üzrə ekspert olma,
NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Ali təhsil (Rusiya, Ukrayna kimi ölkələrdə qiyabi təhsil qəbul edilmir),
• Rus dili, Azərbaycan dili,
• Ofis proqramlarında iş bacarığı (Excel, PP əsasən),
• Kommersiya Çapı sahəsində iş təcrübəsi üstünlükdür,
• Satış təcrübəsi üstünlükdür,
• İnternetdə axtarış qabiliyyəti,
Emosional bacarıqlar və vərdişlər:
• Kitab oxuma hobbisi olsa – üstünlükdür,
• İlkin kommunikasiyanı sürətlə yaratmaq qabiliyyəti,
• Ekstravert olsun, ünsiyyati sevsin,
• Detallara diqqətçil olsun – mümkünsə mikro-menecment səviyyəsində,
• Münaqişələrin həllində effektiv olsun, səbrli olsun,
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:
• Əmək haqqı ilk 6 ay ərzində 500AZN hər ay üçün. Daha sonra bonus systemi tətbiq olunacaq,
• İş yeri: Koroğlu küçəsi 9, Binəqədi rayonu,
• İş günlərinin sayı 5 gün, şənbə günü gərəkli hallarda sistemə uzaqdan qoşulma,
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq,
Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]