Vəzifə: Tender üzrə mütəxəssis
Əmək haqqı: Namizədin təcrübəsinə, bilik və bacarıqlarına görə müəyyən ediləcək.
İşin təsviri:
- Yerli və xarici tender elanlarının izlənməsi;
- Sifarişçinin tələblərinin, texniki göstəricilərin, kəmiyyətlər cədvəlinin təhlili;
- Tender üçün tələb olunan sənədlər toplusunun əldə olunması, təhlili və operativ şəkildə hazırlanması;
- Büdcə tərtibatı və texniki təklifin hazırlanmasında iştirak və koordinasiya edilməsi;
- Tender məlumat bazasının yaradılması, yenilənməsi;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Ölkə daxili və ölkə xarici ezamiyyətlər;
- Danışıqlarda iştirak etmək;
Tələblər:
- Ali təhsil(inşaat sahəsində təhsili olanlara üstünlük verilir);
- Müvafiq sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
- İngilis və Rus dillərini bilməlidir;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir;
- Yaş: 25-45 arası;
- Sürücülük vəsiqəsi: B/BC
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Komandada işləmək bacarığına sahib olmalıdır;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 – 17:30
- Şənbə: 10:00 – 16:00
İş yeri Xırdalan dairəsində. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Tender üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.