Şirkət haqqında :
1995-cü ildə təsis olunan “İnci Group of Companies” MMC satış və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə bir neçə şirkət fəaliyyət göstərir.
Vəzifənin adı : Marketinq mütəxəssisi
Namizədə dair tələblər:
- Marketinq ixtisası üzrə ali təhsil
- Kompüter bilikləri: Ofis proqramları
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Yaş: 22-30;
İş barədə məlumat:
- Biznes modellərin və proseslərin hazırlanması;
- Biznes imkanlarının müəyyən edilməsi;
- Rəqəmsal marketinq fəaliyyətinin təşkili;
- Marketinq araşdırmalarının təşkili;
- Potensial müştərilərlə danışıqların aparılması;
- Tədbirlərin və Sərgilərin təşkili;
- Reklam və şüarlarının yaradılması;
Nahar şirkət tərəfində təmin olunur;
İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.