Rəngsaz

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 24.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Rəngsaz

Vəzifə öhdəlikləri:

 Mebel ehtiyat hissələrinin rənglənməli olan bütün avadanlıq və detalların rənglənməsini təmin etmək ;
 Rəngləmə və laklamanın texniki şərtləri və keyfiyyət tələbləri ilə rəngləməni təmin etmək;
 Səthlərin yüksək keyfiyyətli rənglənməsi və bir neçə tonda bəzədilməsi üçün mürəkkəb rəngsaz işlərini həyata keçirmək;
 Mürəkkəb boyama çalarlarını müstəqil tərtib etmək;
 Səthləri lak və hamarlama vasitələri ilə cilalamaq;
 Rəhbərinin digər tapşırıqlarının yerinə yetirmək;

Namizədə tələblər:

 Rəngsaz ixtisası üzrə 4-5 il iş təcrübəsi
 Texniki alətləri və materialları tanımaq
 Boyama işlərində tətbiq edilən mexanizmlərin sazlanması qaydalarını bilmək
 Rənglədiyi materiallarının quruluşunu və yapışma xüsusiyyətlərini bilmək
 Toksik boya və həlledicilərdən təhlükəsiz istifadə etmək bacarığı

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: 1500AZN (Yuxarda göstərilən tələblərə uyğun peşəkar namizədə)
 İş yeri Abşeron r-nu, Masazır qəs., Park Masazır yaşayış kompleksinin içində.
 İşçilərin daşınması üçün servis xidmətinin təmini.
 Əlaqə nömrəsi: 077 465 11 29

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Rəngsaz” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.