Satış operatoru (SAP sistemi)

  • Horeca
  • Elanın qoyulma tarixi: 22.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış operatoru (SAP sistemi)

800 AZN-dən başlayan əmək haqqı

Horeca MMC fəaliyyətinin inkişafı və genişlənməsi ilə əlaqəli yeni əməkdaşlar axtarışındadır.

Vəzifələr:

• Sifarişlərin yoxlanılması, qaimələrin qeydiyyatı və anbara yığılması üçün göndərilməsi
• Məhsul parametrlərinin sistemə daxil olunması
• Məhsul alışı və satışı ilə əlaqədar sənədlərin sistemə işlənməsi
• Satışa dair hesabatların və analizlərin sistemdə hazırlanması
• Cari müştərilər üçün kommersiya təkliflərinin hazırlanması və göndərilməsi
• Avadanlıq və inventar qeydiyyatının aparılması və nəzarəti
• Məktubların yazılması, göndərilməsi və s.

Tələblər:

• Satış operatoru vəzifəsində iş təcrübəsi
• SAP, 1C və Excel proqramlarında işləmə bacarığı
• Qaimələr ilə işləmə bacarığı

İş şərtləri:

• Rəsmi əmək müqaviləsi
• Artan əmək haqqı
• İş qrafiki 9 00 – 18 00
• Daimi peşəkar inkişaf, fərdi motivasiya proqramı
• Cavan kollektivdə iş

Bizim komandanın bir hissəsi olmaq istəyirsinizsə, [email protected] ünvanına detallı CV göndərin. Mövzu hissəsində SAP satış operatoru qeyd etməyi unutmayın. Seçilmiş namizədlər ilə email vasitəsilə əlaqə saxlanılacaq.