Full Stack veb proqramçı

  • Elanın qoyulma tarixi: 22.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: FULL STACK VEB PROQRAMÇI

İşin təsviri:

- Yeni proqram layihələrinin yaradılması və təkmilləşdirilməsi:
• şirkətin web layihələri üzrə front-end və back-end həlləri;
• proqram tərtibatı əsasında biznes proseslərin qurulması;
• proqram kodunun yazılması və test edilməsi;
-Mövcud layihələrin optimallaşdırılmasına aid tapşırıqlarda iştirak:
• mövcud həllərin təhlili;
• təkmilləşdirmə işləri və düzəliş edilmiş kodlara şərhlərin yazılması.
• tərtib edilmiş funksionallığın test edilməsinə köməklik və sərbəst şəkildə test etmə;
- Komanda tərkibində işləmə bacarığı:
• komanda tərkibində proseslərin təhlil və təkmilləşdirilməsində fəal iştirak;
• yekunlaşmış layihənin müştəriyə təqdimatında iştirak.

Tələblər:

- Təhsil: Ali
- Yaş: 24-40
- Minimal iş təcrübəsi:3 il
- Dillər: Azərbaycan, İngilis (arzuolunandır)
- Məsuliyyətli və diqqətcil.

Tələb olunan biliklər:

- Hər hansı dizayn proqramında mükəmməl bilik (Photoshop, CorelDRAW);
- HTML5, CSS3;
- CSS Framework (Less və ya Sass);
- JavaScript, jQuery, AngularJS, ReactJS;
- Bootstrap framework;
- Əla səviyyədə PHP və MySQL;
- OOP və MVC prinsiplərinə hakimlik;
- Laravel və ya CodeIgniter MVC üzrə mükəmməl bilik;
- Web service yazma və Web service-lərlə işləmə bacarıqları;
- SSRS ilə işləmə bacarığı (PHP & SSRS);
- Basic Linux bilikləri.

İş şəraiti:

• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü(09:00-18:00);
• Nahar və nəqliyyat ilə təmin edilmə;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Əmək haqqı - 1000-1200 AZN.

Qeyd:

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində müraciət edilən vəzifənin adı “FULL STACK VEB PROQRAMÇI” kimi göstərilməsi xahiş olunur. Əks təqdirdə, müraciətlərə baxılmayacaq. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.