Avtomexanik

  • AUTODOC MMC
  • Elanın qoyulma tarixi: 20.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AUTODOC“ MMC “Avtomexanik” vəzifəsinə vakansiya elan edir.

Vəzifələr:

• Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
• Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
• Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;
• Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
• Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.

Tələblər:

• Təhsil: -
• Müvafiq sahədə 2 illik iş təcrübəsi;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:

• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 700 AZN
• Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar

E - mail : [email protected]

AUTODOC MMC tərəfindən digər vakansiyalar