Barattson “General English, IELTS, SAT ” üzrə ixtisaslaşmış müəllim vakansiyasını elan edir:
Əsas vəzifə öhdəlikləri:
• Müəyyən olunmuş General English, IELTS, SAT proqram əsasında dərslərinin aparılması
• Proqram çərçivəsində dərslərin planlaşdırılması, təşkili və keçirilməsi
• Tələbələrin fəaliyyətinin vaxtında və tam hesabatının aparılması
• Müasir üsullarla dərs keçmək bacarığı
Əsas tələblər:
• Müvafiq proqramlar üzrə diplom və ya sertifikatın olması; (IELTS,TOEFL,TESOL,TEFL, CELTA) üstünlükdür.
• Qeyd olunan sahələr üzrə minimum 2 il iş təcrübəsi
• Yaş həddi 23-40
• Yüksək motivasiya və komanda ilə işləmək bacarığı
• Pedagoji bacarığı olmalıdır
İş qrafiki : tam (19:00-21:00 saatları daxil olmaqla)
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “General English, IELTS, SAT üzrə müəllim ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 17 noyabr 2019-cu il.