Satış təmsilçisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 13.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satış təmsilçisi” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

• Şirkət və məhsullar haqqında dolğun, ətraflı və dəqiq informasiyalara sahib olmaq;
• Müştəriləri qarşılamaq, onların istəkləri ilə maraqlanmaq, istəklərinə uyğun məhsul təqdim etmək;
• Müştərilər tərəfindən təqdim olunmuş layihələrin dəqiq işlənilməsi;
• Alqı-satqı əməliyyatlarının və satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
• Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi;
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü;
- İş saatı: 10:00-19:00.

Tələblər:

- Ali təhsil
- Satış sferasında minimum 2-4 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan, Rus (mütləq), İngilis dillərində yazı, danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Stresə davamlılıq;
- Ofis proqramlarında işləmə bacarığı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.