İnfomasiya texnologiyaları üzrə xidmət Departamentinin rəhbəri

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 08.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnfomasiya texnologiyaları üzrə xidmət Departamentinin rəhbəri

İş öhdəliyi

• Departamentin şöbələri arasında iş bölgüsünü təyin etmək, onları istiqamətləndirmək və fəaliyyətlərinə nəzarət etmək
• Quraşdırma, texniki dəstək və tabeçiliyində olan digər şöbələrin işinin təşkil edilməsi ilə əlaqədar qısa və uzunmüddətli strateji planların hazırlanması
• Quraşdırma işi ilə bağlı yeni layihələri təşkil etmək və idarəedilməsinə nəzarət etmək
• Departament idarəçiliyi üçün plan, siyasət, prosedur və qaydalarını hazırlamaq, yerinə yetirmək və inkişaf etdirmək, davamlılığını təmin edərək icrasına nəzarət etmək
• Departamentin tabeçiliyində olan avadanlıq, nəqliyyat və s. təyinatı üzrəistifadəsi, qorunması və idarə olunmasını təşkil etmək
• Təhlükəsizlik və müşahidə sistemlərinin təyin edilməsi, uyğun həllərin təqdim edilərək quraşdırılmasını təmin etmək
• Təhlükəsizlik, müşahidə, Smart həllərin tətbiqi ilə bağlı araşdırma aparmaq, texniki və biznes istəkləri təyin etmək, həmçinin xidməti təklif edən üçüncü tərəflərlə danışıqlar aparmaq və təkliflər hazırlamaq
• Təklif edilən layihələr üzrə ROI (Return on Investment), TCO (Total Cost of Ownership) və digər xərc-fayda təhlilləri apararaq rəhbərliyə qərarların qəbul edilməsində yardım etmək
• layihələrdə riskləri müəyyənləşdirmək və qiymətləndirmək, ilə bağlı risklərin baş vermə ehtimalı və fəsadlarının ağırlıq dərəcəsinə görə görüləcək tədbirlər planını tərtib etmək, tədbirlər planını Şöbə müdirlərinə çatdırmaq
• Dəyişikliklərlə bağlı təkliflərin alınması, təhlil edilməsi və rəhbərliyə təqdim edilməsi, təkliflərin hazırlanması
• Quraşdırma işləri zamanı təhlükəsiz işin təşkil edilməsindən, SƏTƏM qaydalarına əməl edildiyindən əmin olmaq və əməkdaşların daimi olaraq bu yöndə təlimatlandırılmasına diqqət etmək
• Xidmətlərin prioritet və təyin edilmiş zaman çərçivəsində keyfiyyətli və tam şəkildə təhvil verilməsi üçün tədbirlər görmək, maneələrin təyin edilib, aradan qaldırılmasına daimi nəzarət etmək
• Şöbələrdən statistik hesabatlar alaraq təhlil etmək, təhlilin nəticəsinə uyğun olaraq addımlar atmaq
• İT infrastrukturunun davamlı və kəsintisiz fəaliyyəti üçün hazırlanan strategiyaların hazırlanmasında və inkişaf etdirilməsində iştirak etmək və prosesi təmin etmək üçün aidiyyati department və şöbələrlə sıx əməkdaşlıq etmək
• Cari tənzimləmələrin, standart operativ prosedurların, qabaqcıl təcrübələrin və tətbiq olunan yeniliklərin axışının qeydiyyatına nəzarət etmək
• Quraşdırma və texniki dəstək xidmətinin şirkətin İT strategiyasına, siyasət və prosedurlarına, həmçinin müştərilərin tələblərinə uyğunluğunu təmin etmək
• Korporativ prosedurlar çərçivəsində rəhbəri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqların icrasını təmin etmək
• Departament üçün təlimlər planının hazırlanmasını təmin etmək
• Departamentin fəaliyyəti barədə rəhbərliyə hesabat vermək

Tələblər

- Ali təhsil (Uyğun sahə üzrə magistr dərəcəsi arzuolunandır)
- Uyğun sahə üzrə 3-5 il iş təcrübəsi (rəhbər vəzifədə)
- Layihə idarəedilməsi, (Sistem və şəbəkə inzibatçılığı üzrə beynəlxlaq sertifikatlar, İTİL, Agile və s. arzuolunandır)
- İngilis və Rus dilləri

Qeyd

Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Telefon xərcləri şirkət tərəfindən qarşılanır.
E-mail: [email protected]
Əmək haqqı: Razılaşma yolu ilə

İşəgötürənin reytinqi