Elektrik mühərriklərinin sarğısı üzrə usta

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 08.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“FORTİS GROUP” MMC - Elektrik mühərriklərinin sarğısı üzrə usta vakansiyası elan edir:

Elektrik mühərriklərinin sarğısı üzrə usta

- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

- Yaş həddi 25-55;
- Elektrik sahəsi üzrə ali təhsil (arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

- Elektrik mühərriklərinin təlimatlara uyğun istismar olunmasına nəzarət etməli.
- Elektrik mühərriklərinin mütəmadi olaraq texniki vəziyyətini yoxlamalı, onlara profilaktik baxış keçirməli.
- Elektrik mühərriklərinin istismarı zamanı yaranan qüsurları vaxtında aşkar etməli və aradan qaldırılmalı.
- İstənilən tip elektrik mühərriklərinin sarınmasını bacarmalı.
- Mühərrikin sarınmasında istifadə olunan elektrotexniki materialları tanımalı və texniki xarakteristikasının istifadə qaydasını bilməli.
- Sərbəst elektrik mühərriklərinin mexaniki sökülməsini və yığılmasını bacarmalı.
- Sərbəst mühərriklərdə sxemin yığılmasını bacarmalı və keçid hesabatını apara bilməli.
- Sabit cərəyan mühərriklərinin təmiri, sazlanması və işə buraxılmasını təmin etməli.
- Təmir edilmiş mühərrikləri sınaqdan keçirməli və səmərəliliyini yoxlamalı.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməli.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirməli.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Elektrik mühərriklərinin sarğısı üzrə usta” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi