Yeni fəaliyyətə başlayacaq “ATL TECH ACADEMY” Ofis Meneceri vakansiyasını açıq elan edir.
İşin Təsviri:
Tədris mərkəzinin fəaliyyətinə və iş prinsiplərinə dair bütün məlumatlara yiyələnmək və göstərilən sahələr üzrə dolğun şəkildə tətbiq etmək;
Tələbələrin məlumatlarına dair məlumat bazası yaratmaq;
Məhsullar siyahısını tez müddətdə öyrənib, bu sahə üzrə araşdırmalar etmək;
Daxil olan zənglərin cavablandırılması və sosial media səhfələrində gələn sualların geniş, tez müddətdə cavablandırılması;
Tədris mərkəzinə tələbə cəlb edilməsini təmin etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında həyata keçirilməsi və tez müddətdə geri dönüş edilməsi;
Dərslərin qrafikini izləmək, tələbələrin dərs saatları haqqında məlumatlandırılması, tələbə və müəllim arasında əlaqəni sağlıqlı şəkildə qurmaq;
Rəhbərliyə dair bütün iclas, görüşmələr və s. digər işləri davamlı təqib etmək;
Rəhbərliklə, tələbələrlə və müəllimlərlə kordinasiyalı çalışmaq;
Tədris mərkəzi ilə şirkət arasındakı əlaqələri düzgün şəkildə qurmaq və kordinasiyanı itirməmək;
Ofis daxili ümumi nəzarətin edilməsi.
Tələblər:
Ali Təhsil;
Tələb olunan vakant yer üzrə iş təcrübəsi( minimum 1 il);
Azərbaycan dilində səlis danışma bacarığı;
İngilis və Rus dili üzrə minum pre-intermediate dərəcədə danışıq və yazı bacarıqları;
MS Office proqramlarını yüksək səviyyədə istifadə etmə bacarığı;
Sosial Media və Web səhifələrinin idarə olunmasına dair orta dərəcədə bilikli olmaq;
Təlim-tədris sahəsi üzrə ilkin biliklər haqqında məlumatlı olmaq;
Araşdırma, yenilikçi düşüncə və inkişafa meyilli olmaq;
Gülərüz, səmimi və mehriban olmaq.
Maraqlanan namizədlərdən şəkilli müraciət anketlərini (CV) mövzu hissəində ( subject)“Ofis Meneceri” başlığını qeyd etməklə [email protected] emailinə göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.