Receptionist

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 01.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Saf Farma” şirkəti Azərbaycanda 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, biz əczaçılıq bazarında sağlamlığın qorunub saxlanması üçün zəruri olan məhsulların təbliğatı və yayılması ilə məşğul oluruq. Biznes işində etdiyimiz innovativ yanaşmalar məhsulların və xidmətlərin müvəffəqiyyətli satışının həyata keçirilməsinə şərait yaradır. Əməkdaşlarımızın peşəkarlığı və məhsulların istehlakçıları ilə olan daimi ünsiyyət, “Saf Farma” şirkətinə tamamilə yeni fəaliyyət istiqamətlərini inkişaf etdirməyə imkan verir. Ayrıca bir sıra MDB ölkələrində regional ofislər açaraq, bununla da beynəlxalq arenada mövqelərimizi möhkəmləndirməyə davam edirik.

“Saf Pharma“ MMC şirkətinin nəzdində fəaliyyət göstərən SAF Estetik SPA&Beauty Mərkəzi Receptionist vakansiyasını açıq elan edir!

Tələblər:

- Ali təhsil;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək;
- MS Office (Word, Excel) proqramları ilə işləmə bacarığı;
- Aktiv öyrənmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və ünsiyyətcil.

Vəzifələr:

- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Mərkəzə gələn qonaqların və müştərilərin qarşılanması;
- Qeydiyyat işlərinin aparılması;
- Məktubların və ismariclərin cavablandırılması və yönləndirilməsi.

Təklif edirik;

- Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
- İş saatları 14:00-21:00
- 6 günlük iş rejimi.
- Əmək haqqı müsahibə zamanı və namizədə görə təyin edilir.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Receptionist” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.

Son tarix: 01.11.2019