Çayçı (Coffee lady)

İşin təsviri

Çayçı (Coffee lady)

İş şəraiti:

• Əmək haqqı 300-400 azn
• Həftənin 5 günü 9:00-18:00, şənbə qısaldılmış iş günü;

Funksiyaları

- Rəhbərliyə, ofis işçilərinə və şirkətin qonaqlarına xidmət göstərərək müvafiq içkiləri (çay, yaşıl cay, qəhvə, türk qəhvəsi, espresso, kappuçino və s. ) hazırlamaq və servis etmək;
- İclas otaqlarını su, çay ilə servis etmək;
- Mətbəxdə istifadə olunan mətbəx ləvazimatlarının həmişə təmiz olmasını və alətlərin, avadanlıqların işlək vəziyyətdə olmasını təmin etmək;
- Mətbəx mebelinin, dolabların təmiz, səliqəli saxlanmasını təmin etmək;
- Mətbəx üçün alınan malların, məhsullarının hərəkətinin, izlənilməsi və təşkil edilməsi;
- Ofis işçilərinə və qonaqlara nəzakətli davranmaq;
- İşə məsuliyyətli və operativ yanaşmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;
- Şəxsi gigiyena və təmizliyinə diqqət yetirməli
- Məsuliyyətli, etik davranış normalarına riayət etməli

Vəzifəyə olan tələblər

 Təhsil: xüsusi tələb yoxdu
 Təcrübə: 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti
 Qeyimi səliqəli və ümumi xoş xarici görünüşü olmalıdır
 Şəxsi gigiyena və təmizliyinə diqqət yetirməli
 Məsuliyyətli, etik davranış normalarına riayət etməli

E - mail : [email protected]