Həkim-Uroloq

İşin təsviri

Qalaaltı Otel & Spa Şabran şəhərində Tibb komandasına qoşulmaq üçün açıqfikirli və enerjili Həkim-Uroloq axtarır.

Vəzifə öhdəlikləri:

• Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək.
• Otelin Tibb mərkəzinə müraciət edən bütün qonaqları müayinə etmək.
• Urolojı baxımdan əks göstəriş olub olmamasını təyin etmək.
• Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin və nəzarət etməklə yanaşı, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək.
• Müvafiq qaydalara və standartlara uyğun olaraq qonaq qəbulunun aparmaq (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək.
• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək.

Təhsil/Təcrübə:

• Tibbi təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən qidalanma, nəqliyyat və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Şabrah şəhəri
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Galaalti Hotel & Sanatorium / Synergy Group LLC tərəfindən digər vakansiyalar