Texniki Problemlər üzrə Mütəxəssis

İşin təsviri

TEXNİKİ PROBLEMLƏR ÜZRƏ MÜTƏXƏSSİS

Müraciət anketlərinin qəbul etmə son tarixi: 15.10.2019
İş vaxtı: 5 günlük iş həftəsi; tam iş vaxtı
Əmək haqqı: 400+

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində texniki problemlər üzrə mütəxəssis vəzifəsinə
müraciət etmək üçün tələb olunan sahədə orta ixtisas və ya ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və
xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq,
dinamik, enerjili və təşəbbüskar mütəxəssisləri axtarırıq.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• İnformatika və hesablama texnikası, tətbiqi riyaziyyat üzrə bakalavr və ya magistr dərəcəsi;
• Tələb olunan sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində mükəmməl bilmək, rus dilini bilmək arzuolunandır;
• Sistemli təfəkkür, analitik qabiliyyət.

ÖHDƏLİKLƏR:

• Proqram və şəbəkələrdə yaranacaq problemlərin müəyyən olunması və aradan qaldırılması;
• İstifadəçilərə texniki dəstəyin verilməsi;
• İKT avadanlıqlarının daima işlək vəziyyətdə olmasının təmin edilməsi, onların İT təhlükəsizlik
standartlarına uyğun sazlanması ;
• Sistem problemlərinin həlli və diaqnostikası;
• Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
• Şəbəkənin istifadəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılması.

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə
uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu
materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla, [email protected] electron
ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.
Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar