İşə qəbul mütəxəssisi (recruiter)

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 18.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mətanət A” şirkəti İşə qəbul mütəxəssisi (recruiter) vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

 Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
 Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
 Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
 İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
 Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
 Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
 Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
 Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
 İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
 İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
 Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Tələblər:

 İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
 Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
 AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
 Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
 Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
 Kompüter bacarıqları: MS Office proqramları;
 Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Qeyd:

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.