Sistemlərin avtomatlaşdırılması üzrə Layihəci-mühəndis

İşin təsviri

“Baku Engineering” MMC Sistemlərin avtomatlaşdırılması üzrə Layihəci-mühəndis vakansıyasını elan edir.

İşin təsviri:

• Gündəlik avtomatika və elektronika avadanlıqlarına layihə planı hazırlamaq;
• Müəssisələrin nəzarət-ölçü cihazları, avtomatika vasitələri, idarəetmə, yanğından, partlayışdan mühafizə sistemlərin layihə planın yaradılması;
• Avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün hazırlanması işləri;
• Obyektlərində avtomatika vasitələrinin quraşdırılması və sazlanması,serviz xidməti işləri;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihə barəsində aylıq texniki hesabatların verilməsi.Tələb olunan hesabatların hazırlanması (Vəzifələr sənədi, Layihə məlumatları, Layihəyə nəzarət, Layihə resursları, Layihə planı);
• Ümumi layihələrə aid sənədlərin tərtib edilməsi ( Forma 2, Smeta və.s).

Namizədə tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
• Microsoft Office, Autocad proqramlarında işləmə bacarığı;
• Azərbaycan və Rus dilləri.

Digər şərtlər:

• İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək;
• AR əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi;

Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi [email protected] ünvanına mövzu yerində “ Sistemlərin avtomatlaşdırılması üzrə Layihəci-mühəndis ” yazaraq göndərə bilərlərsiniz.