Dəmirçi - Qaynaqçı

  • Elanın qoyulma tarixi: 17.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Dəmirçi - Qaynaqçı

İş yeri: Bakı şəhəri Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 5 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 25-45

İşin Təsviri: Avtomaşınların təmiri ilə bağlı fəaliyyətləri yerinə yetirir.

Vəzifə öhdəlikləri:

- Verilmiş materialda gözlənilən nəticələri əldə etmək üçün müvafiq elektrodlar seçmək, onları birləşdirmək, qazlardan (oksi-asetilen və arqon), arqon qaynaqlama, həmçinin digər qaynaqlama metodlarından istifadə etmək, enerji mənbəyini yoxlamaq və uyğunlaşdırmaq;
- Qaynaq alətlərindən müvafiq qaydalara uyğun olaraq istifadə etmək, hissələrin ilkin isidilməsini həyata keçirmək;
- Düz, üfüqi, şaquli, 45 dərəcəlik, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq;
- Səyyar qaynaq avadanlıqlarını istismar etmək;
- Müvafiq qaydalara uyğun olaraq zədələnmiş hissələri təmir etmək, qazla (alovla) kəsmə, çubuqla qaynaq işlərini həyata keçirmək;
- Qaynaq və kəsmə işləri zamanı ümumi təhlükəsizlik tədbirlərinə riayət etmək;
- Müvafiq prosedur və qaydalar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Tələblər:

- Müvafiq peşə sertifikatlarının olması;
- 4G və ya 6G, metal konstruksiya və ya boru qaynağı üzrə 3 ildən az olmayan peşə təcrübəsi;
- Yarımavtomat qaynaq cihazlarından istifadə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqavilsəi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dəmirçi - Qaynaqçı” yazıb CV göndərərək müraciət edilir.