Elektrik

İşin təsviri

Şöbə: Mühəndislik
Vəzifə: Elektrik
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Baki ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix:17.10.2019

İşin təsviri

• Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi ;
• Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi ;
• Rəhbərliyə təmirlərin statusu və gözlənilən xərclər haqqında məlumatın verilməsi və dəyişdirilmə işlərinə baxılmasının nə vaxt münasib olacağının göstərilməsi ;
• Lazımi istismar, texniki təhlükəsizlik proseduraları və bütün avadanlığın təmizlənməsi barəsində həmkarlarının təlimatlandırılması prosesində iştirak etmək ;
• Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması ;
• Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək ;
• Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi ;
• Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək ;
• Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi ;
• Mehmanxananın bütün sahələrində elektrik qurğuların saz vəziyyətdə saxlanmasına cavab vermək ;
• Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırmasını edir ;
• Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profillaktiki təmirinin həyata keçirilməsi ;
• Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görülür ;
• Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək ;
• Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırır, təmir, montaj və sazlama işlərini yerinə yetirir.

Namizədə olan tələblər

• Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir) ;
• Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili ;
• Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Elektrik” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 17 Oktyabr 2019-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com