Kargüzarlığın müdiri

  • GESCO ASC
  • Elanın qoyulma tarixi: 12.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kargüzarlığın müdiri

Namizədə tələblər

Təhsil: Ali (Filologiya sahəsində ali təhsili olanlara üstünlük verilir)
Kompüter bilikləri: MS Office, Excel
Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (qismən) 
Yaş: 25 və yuxarı
İş təcrübəsi: min. 3 il

Vəzifə öhdəlikləri:

1. Poçt, elektron poçt, faks vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq.
2. Sənədləri göndərmək.
Sənədlərin icra müddətinə, tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək.
3. İcra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək.
4. Sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək. Qərar, sərəncam, əmr, protokol, akt, məktub və teleqramın tərtib edilməsi.
5. Sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək.
6. Sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək.

Elektron sənədin mühafizəsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununu və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə"ni bilməsi vacibdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Kargüzarlığın müdiri" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.