Fizika, biologiya və kimya fənni üzrə müəllimlər

İşin təsviri

Şirkət: “İDRAK Texnoloji Transfer” MMC

Vakant vəzifələr:

1. Fizika müəllimi
2. Biologiya müəllimi
3. Kimya müəllimi

Şirkətdə Elektron Təhsil Layihəsi ilə əlaqədar fizika, biologiya və kimya fənni üzrə müəllimlər tələb olunur.

Əsas vəzifələri təhsildə kontentin hazırlanmasında konsultant rolu olacaqdır. Şagird dərsi daha dərindən və düzgün qavraması və başa düşməsi üçün dərs zamanı hansı kontent nümunələrindən istifadə edilməsinə dair istiqamət verməyi bacarmalıdır. Müəllimlərin informasiya texnologiyalarından istifadə qabiliyyəti yüksək səviyyədə olmalıdır. Öz fikirlərini səlist izah etmə bacarığına malik olmalıdır. Gündəlik dərslərini məhz bu texnologiyalar əsasında quran müəllimlər arzu olunandır.

İş vaxtı: həftənin 5 günü, 09: 00-dan 18: 00-a qədər.
İstirahət günləri: Şənbə, bazar
Əmək haqqı namizədlərin bilik, bacarıq və praktiki təcrübəyə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Müvafiq namizədlər öz CV-lərini mövzu sətırındə "Müəllim" yazaraq [email protected] ünvanına təqdim etməlidirlər.