Baş mühasib

  • Group Motors
  • Elanın qoyulma tarixi: 08.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Baş mühasib” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Vergi və mühasibat uçotunun aparılmasına nəzarət;
• Debitor və kreditor hesablaşmaların aparılmasına nəzarət;
• Əmək haqqı, məzuniyyətlərin hesablanması nəzarət;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədlərə tələblər:

• Yaş: 28-38;
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə). Beynalxalq dərəcə DipİFR, ACCA, CİMA üstünlük veriləcək;
• Baş mühasib sahəsində iş təcrübəsi (3 ildən artıq). Avtomobil sahəsində çalışanlara üstünlük veriləcək;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• 1C (8.3) proqramında işləmək bacarığı;
• Beynalxalq standartlara üyğün Maliyyə hesabatlarını yığmaq və oxumaq bacarığı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Qərarvermə qabiliyyəti.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.