Product manager

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 21.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Rəqəmsal Məhsullar mərkəzi şöbəsində “Product manager” vakansiyasına Baş mütəxəssis və ya Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• SCRUM metodologiyası ilə işin aparılması bilikləri
• Layihənin planlaşdırılması (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı)
• Layihənin idarə edilməsi ilə bağlı zəruri prosedurların və proseslərin hazırlanması
• Biznes analiz işlərin aparılması
• Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasının təmin edilməsi və bu məqsədlə ehtiyac olan metod və metodologiyanın müəyyənləşdirilməsi və tətbiqinin təmin edilməsi;
• Üzləşilə biləcək risklərin müəyyən edilməsi, qarşısının alınması üçün tədbirlər planın hazırlanması və risklər ortaya çıxdıqda tətbiq edilməsi

Tələblər

• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 5 il iş təcrübəsi olmalı;
• Microsof Office proqramlarını bilməli;
• Bank sahəsində olan qanun və normativ sənədləri bilməli
• Beynəlxalq Ödəniş sistemlərinin iş prinsiplərini bilməli

CV-lərinizi, mövzu hissəsində “Rəqəmsal Məhsullar mərkəzində “product manager” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi