Kiçik biznes analitik

İşin təsviri

Kiçik biznes analitik

İş barədə məlumat:

- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
- Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
- Proqram təminatı layihələrində biznes analiz işlərinin aparılması, texniki tapşırıqların hazırlanması, layihə planı hazırlanması, proqram təminatını yüksək səviyyədə test edilməsi, proqram təminatının təlimlərini keçirilməsi, proqram təminatının texniki sənədlərinin hazırlanması
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı 700-800 azn
- Respublika daxili rayon və şəhərlərə ezamiyyətlərə hazırlıqlı olmalıdır

Namizədə tələblər

- Yaş həddi: 25-35 yaş

- Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1-3 il iş təcrübəsi
- Adobe Photoshop, MS Visio, MS Project, MS Office proqram təminatlarını yaxşı bilmək
- Dil bilikləri: Azərbaycan dilini səlis bilmək; Rus və ingilis dilini bilmək üstünlükdür.
- Analitik düşünmək və problem həll etmək bacarığı

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Biznes analitik” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.