Servis resepşionist

  • Lexus Baku
  • Elanın qoyulma tarixi: 18.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Lexus Bakı” MMC

Servis resepşionist

Namizədə tələblər:

Ali təhsilli
Xanım namizəd 
Yaş: 23-25
Azərbaycan və rus dillərində səlist nitq qabiliyyəti, inglis dili arzuolunandır
Minimum 1 il iş təcrübəsi
Ünsiyyət qurma bacarığı, intensiv rejimdə işləmə bacarığı
MS Office, 1 C proqramlarını yüksək səviyyədə bilmək

İş barədə məlumat:

- Daxil olan telefon zənglərinə vaxtında cavab vermək.
- Müştərilər ilə xeyirxah ünsiyyət qurmaq.
- Müştərilərə servis xidmətinin bütün aspektləri üzrə izahatlar vermək.
- Sifariş-naryadları 1C proqramında qeydiyyata salmaq.
- Ayda 1 dəfə sifariş-naryadların hesabatını mühasibatlığa təqdim etmək.
- Cəmiyyətdə təsdiq olunmuş xidməti sənədləşməni, uçotu və hesabatı keyfiyyətlə və vaxtlı-vaxtında tərtib etmək.

Şərtlər

- İş qrafiki: 09:00-18:00
- Şənbə günü - qısa gün,
- İstirahət günləri: hər həftənin bazar günləri

Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Servis resepşionist” qeyd edərək CV-ni [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi