SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə mühəndis

İşin təsviri

Vəzifənin adı: SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə mühəndis

Vəzifə öhdəlikləri:

• Təzyiqli çənlər üzrə praktiki və teorik bilikləri olmalı ;
• İstehsalat ərazisində gündəlik auditləri aparmalı və KN üzrə böyük mühəndisə məlumat verməli ;
• Müəssisə tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsi;
• Müştərinin spesifikasiyalarına dərindən yiyələnməli və istehsalatda tətbiq etməli ;
• Keyfiyyətsiz məhsul istehsalının qarşısını almaq;
• Müəssisənin istehsalla bağlı ayrı-ayrı struktur bölmələrinin məhsul istehsalı üzrə məsuliyyətinin və nizam-intizamın möhkəmlənməsi;
• Normativ sənədlərin və müştərilərin tələblərinə cavab vermək üçün istehsal sahələri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üçün işin təşkili;
• Keyfiyyətin artırılması,bu işin elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
• Məhsulun keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsində iştirak etmək;
• Məhsulların yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında labarator rəyi əsas tutmaqla;
• müəssisəyə daxil olan xammal və mal-materialların istehsalata buraxılması (buraxılmaması) haqqında rəy vermək ;
• Son məhsulun istehsal sahələrindən hazır məhsul anbarlarına qəbul olunması haqqında rəy vermək.
• İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarətinin keçirilməsi;
• Ayrı-ayrı texnoloji əməliyyatların, texnoloji avadanlıqlarının və alətinin keyfiyyəti üzrə nümunəli təftiş nəzarətin həyata keçirilməsi;
• Nomenklaturanın ölçülən parametrlərin və optimal sərrastlıq ölçülər normasının müəyyənləşdirilməsi;
• Son məhsulun saxlanma şəraitinin keyfiyyətinə, son məhsulla bağlı proseslərin komplektliyinə nəzarət;
• Nəzarət əməliyyatların nəticələrinin təhlili, məhsulun keyfiyyət əmsalların hesablanmasının aparılması, məhsulun keyfiyyəti üzrə dövrü və vaxtaşırı hesabatların tərtibi;
• Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
• Yerinə yetirilən işlərin və istehsal olunan məhsulların keyfiyyətin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək;
• Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq;
• Uyğunsuzluğun təhlilində iştirak etmək;
• Müştəri şikayətlərinin aidiyyatı üzrə araşdırılmasında iştirak etmək.

Təhsil/Təcrübə:

• Texniki ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Ölçülər və ölçmə metodları haqda əsas bilikləri olmalı;
• ASME standartlarını dərindən bilməli.
• Standartlara(ASME ,EN, İSO, BS və s.) işləməyi bacarmalı;
• İnteqrə edilmiş menecment sistemi ( İSO 9001) üzrə ümumi bilikləri olmalı.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.