Kəhraba restoranının Zirə filialı
Mühasib
Zirə qəsəbəsində yeni açılacaq restorana Mühasib axtarılır.
Vəzifə və öhdəliklər:
• Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
• Mühasibatlıq ,verqi uçotu və DSMF, Müəssəyə uyğun aylıq, rüblük, illik statistik hesabatların hazırlanması və təqdim edilməsi;
• Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,e-qaimə-fakturaların yazılması və Əmək Məcəlləsi ilə dəqiq işləmək bacarığı;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• BTP proqramında işləmək;
• Əmək haqqının hesablanamsı;
• Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Namizədə olan tələblər:
• 1C və MS Ofis proqramları üzrə biliklər;
• Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
• Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.