Satış üzrə mütəxəssis

  • Medisis MMC
  • Elanın qoyulma tarixi: 29.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

Vəzifə öhdəlikləri:

• Gündəlik və aylıq satış hesabatlarının satış müdirinə təqdim olunması;
• Yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
• Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
• Satış proseslərinin reallaşdırılması və Satışın yüksək səviyyədə həyata keçirilməsi;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirmək.

Tələblər:

• 23-35 yaş aralığında olan namizədlər;
• Ali və ya natamam ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
• Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material və s.);
• MS Office proqramlarını bilən;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Karyerasını satış sahəsində qurmaq istəyi olan;
• Biznes etikası və biznes görünüşə sahib olan;
• Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
• Analitik düşünmə qabliyyəti olan;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
• Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;
• Şəxsi avtomobilin olması üstünlükdür.

İş haqqında məlumat:

- İş saatları: həftəiçi 09:00-18:00 şənbə günü 09:00-13:00
- Əmək haqqı: Müsahibə əsasında (sabit maaş+satış %-i)

Email address: [email protected]

Medisis MMC tərəfindən digər vakansiyalar