Əsas Vəsaitlər Üzrə Mühasib

  • GidroTransProyekt
  • Elanın qoyulma tarixi: 28.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəsaitlər Üzrə Mühasib
 
İdarə : Maliyyə
Şöbə : Mühasibatlıq
Tabeçilik: Baş Mühasib
İş qrafiki : 5 gün, 9.00 – 18.00
Nahar: 13.00 – 14.00
Ezamiyyə: vaxtaşırı tələb olunur
Son müraciət tarixi : 31.08.2019

Vəzifə və Öhdəliklər:

- Əsas vəsaitlərin qeydiyyatının aparılması
- Əsas vəsaitlərin xüsusiyyətləri (marka, istehsal tarixi və s.) üzrə məlumatların dəqiq əks etdirilməsi
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
- Əsas vəsaitlərin istehsalata və layihələrə yönəldilməsinə nəzarət etmək
- Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
- Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası (kvartal, il)
- Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət
- Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi
- Kapital Məsrəfləri (CAPEX) hazırlanması
- Əsas vəsaitlərin səmərəli istifadə olunması üzrə təkliflərin verilməsi
- Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişi
- Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək

Namizədə olan tələblər:

- Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
- Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
- Analitik təhlil qabiliyyəti;
- MS Excel (yüksək), MS Word (yaxşı) proqramları ilə işləmək bacarığı
- 1С 8.3. Proqramında işləmək bacarığı
 
CV-nizi (anketlərinizi)  [email protected] ünvanına Subject/Mövzu hissəsində “Fixed assets”qeyd etməklə göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə uyğun olmayan CV və anketlərə baxılmayacaqdır.